Cokoviçin 31-ci, Medvedevin 3-cü finalı

Cokoviçin 31-ci, Medvedevin 3-cü finalı


“US Open”də kişilərin yarışında finalçılar müəyyənləşib. Dünyanın 1-ci raketkası Novak Cokoviç yarımfinalda Aleksandr Zverevə qalıb gəlib – 4:6, 6:2, 6:4, 4:6, 6:2. Serbiyalı 2013-cü ildən sonra ilk dəfə “US Open”də 5 setlik matç keçirib. O, belə uzun qarşılaşmalarda 36 qələbə qazanıb və 10 dəfə uduzub.
“Böyük dəbilqə” turnirlərinin 20 qat çempionu olan Novak 31-ci dəfə finala yüksəlib. O, bununla da kişi tennisçilərin Rocer Federerə məxsus rekordunu təkrarlayıb.
Cokoviçin finaldakı rəqibi Danil Medvedev olacaq. Feliks Oje-Alyassim üzərində 6:4, 7:5, 6:2 hesablı qələbə qazanan rusiyalı karyerasında 3-cü dəfə “Böyük dəbilqə”nin finalına yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

Deandre Cordan: “Leykers”də çıxış edəcəyini təsəvvür etmək mümkünsüzdür”

Növbəti yazı

Günün kuponu