Cokoviçdən sonra ilk dəfə

Cokoviçdən sonra ilk dəfə


İspaniyalı Karlos Alkaras “US Open”də 3-cü mərhələyə yüksəlib. 18 yaşlı idmançı Artur Randerknexə qalib gəlib – 7:6, 4:6, 6:1, 6:4. Alkaras son 14 ildə “US Open”də 3-cü mərhələyə yüksələn ən gənc idmançıdır. Sonuncu dəfə buna 2007-ci ildə Donald Yanq nail olmuşdu.
Alkaras ikinci dəfə “Böyük dəbilqə”də 3-cü raunda qədər irəliləyib. O, bir neçə ay əvvəl “Rolan Qarros”da da iki tur adlayıb. İspaniyalı son 16 ildə iki dəfə “Böyük dəbilqə”də bu qədər irəliləyən ən gənc tennisçidir. 2005-ci ildə Novak Cokoviç bunu bacarıb.

ETOPAZ

Əvvəlki yazı

Vaksinasiya olunmayan basketbolçulara qadağa

Növbəti yazı

Karyerasının ən pis məşqçisini açıqladı