“Çelsi” üçün risk
“Çelsi” davam edən mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, komanda maliyyə feyr-pley qaydalarını pozmaq riski ilə üzləşə bilər. London təmsilçisinin yeni sahiblərinin rəhbərliyi altında “zədəganlar” bu mövsüm transferlərə 323-ü qışda olmaqla, bonuslar və kredit müqavilələri də daxil 600 milyon funt sterlinqdən çox vəsait xərcləyib.
Onlar UEFA tərəfindən Avropada bu mövsüm xərcləmələri diqqətlə izlənilən 19 klubdan biridir. Səbəb UEFA-nın fövqəladə hallar səbəbindən komandaları cəzalandırmadığı koronavirus dövründəki maliyyə problemləridir.