Ayyu “Nottingem Forest” yolunda
“Vest Hem”in sabiq hücumçusu Andre Ayyu yenidən Premyer Liqada çıxış edə bilər. O, “Nottingem Forest”ə keçməyə yaxındır.
İngiltərə klubunun rəhbərliyi qanalı forvardla müqavilə imzalamaqda maraqlıdır. Onu komandanın ön xəttini gücləndirə biləcək təcrübəli futbolçu kimi görürlər.