“Çelsi” Fofanadan imtina etdi
“Çelsi” “Lester”in müdafiəçisini heyətinə qatmaqdan vaz keçib. Londonlular Uesli Fofana transferi ilə bağlı danışıqlardan imtina edib.
Buna səbəb “tülkülər”in 21 yaşlı fransalı futbolçuya gələn üçüncü təklifi də rədd etməsi olub. Daha əvvəl “Lester” Fofana üçün 95 milyon avro istəmişdi.