Günün kuponu – 25.08.2022
AEK – Dnipro – 1
Ilk matçda qalib gələn kiprlilər rəqibindən hərtərəfli üstündü. Ukraynalılar avrokubokların debütantıdı və istər təcrübə, istərsə də ustalıq cəhətdən meydan sahiblərindən geri qalır.
AEK-in ev qələbəsinə yetərincə yaxşı əmsal verilir və düşünürəm ki, bu varianta mərc etmək olar.
Olimpiakos – Apollon 1
Pireylilər “Makkabi”yə Yunanıstanda 0:4 uduzub Çempionlar Liqasından biabırçı formada çıxandan sonra nisbətən toparlanmağı bacarıb.
“Apollon”la ilk matçda Kiprdə heç-heçə pis nəticə deyil. Meydan sahiblərinin fantastik azarkeş dəstəyi ilə daha zəif rəqib üzərində qələbə qazanacağını güman etmək olar.
Slaviya – Rakuv 1
Polşalılar ilk oyunda minimal hesablı qələbə qazanıb. Amma bu üstünlüyü qorumaqları demək olar ki, real görünmür. “Slaviya” son oyunda “Poddubitsa”nı 7:0 darmadağın etdiyi Çexiya çempionatının lideridi.
Praqada çılğın azarkeşlərinin önündə 1 top fərqli məğlubiyyətin əvəzini çıxmaq meydan sahibləri üçün çox da çətin olmamalıdı.