“Boston” Konfrans finalında
NBA-da Konfrans finalının daha bir iştirakçısı bəlli olub. “Boston” pley-offun 2-ci raundunda “Filadelfiya”nı keçib.
Bu cütün taleyi seriyanın 7-ci oyununda həll olunub. 112:88 hesablı qələbə qazanan “Seltiks” növbəti raunda yüksəlib.
Seriyada 4:3 hesablı qələbə bostonluları Konfrans finalına daşıyıb. “Seltiks” Şərq konfransının həlledici raundunda “Denver”lə üz-üzə gələcək.