27-ci çempionluq, “Real”a 8 addım qaldı
“Barselona” La Liqadakı titul sayında “Real”la fərqi azaldıb. Kataloniya klubu 34-cü turda çempionluğu təmin edib.
“Espanyol”a 4:2 hesabı ilə qalib gələn Xavinin komandası 27-ci dəfə İspaniya çempionu olub. Bu, ölkədə 2-ci göstəricidir.
Yalnız “Real” daha çox qızıl medal qazanıb. Madridlilərin 35 titulu var. “Barselona” sonuncu dəfə 2018/19 mövsümündə çempion olmuşdu. Komanda üç mövsümlük həsrətə son qoyub.