Benzema ilk turu buraxa bilər

Benzema ilk turu buraxa bilər

Fransa millisinin futbolçusu Kərim Benzema DÇ—2022-nin ilk turunun Avstraliya ilə oyununu buraxmaq təhlükəsi ilə üzləşib. Zədədən sonra bərpa prosesi keçən hücumçu hələ də fərdi məşqlərlə kifayətlənir.

Komanda ilə çalışmalarda iştirak edə bilməyən forvardın ilk tura hazır olacağı inandırıcı görünmür. Bu üzdən noyabrın 22-də Avstraliyaya qarşı keçiriləcək matçda onun iştirakı sual altına düşüb. Baş məşqçi Didye Deşam bu qarşılaşmada futbolçu ilə risk etmək istəmir. Buna görə də Kərimin yerinə Olivye Jiru və ya Randal Kolo-Muaninin meydana çıxacağı ehtimal olunur.

ETOPAZ

Əvvəlki yazı

DÇ-də rüşvət qalmaqalı

Növbəti yazı

“Mançester Yunayted”də ayın oyunçusu bəlli oldu