Benzema dünya çempionatını buraxacaq
“Mançester Yunayted”in hücumçusu Antoni Marsial Qətərdə keçiriləcək dünya çempionatında iştirak edə biləcək. Buna səbəb Fransa yığmasının futbolçusu Kərim Benzemanın zədələnməsi olub.
Marsial heyətdə “qızıl top”un sahibini əvəzləyəcək. Benzema məşqdə yeni əzələ zədəsi alıb və çalışmaları başa çatdıra bilməyib.