“Bayer”dən 70 milyon avroluq tələb

“Bayer”dən 70 milyon avroluq tələb

Almaniyanın “Bayer” klubu futbolçusu Patrik Şiki heyətində saxlamağa qərar verib. Leverkuzen təmsilçisi çexiyalı hücumçunu yalnız yüksək qiymətə satmağa razı olacaq.

Bundesliqa klubu Şik üçün ən azı 70 milyon avro istəyir. 26 yaşlı forvardın müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. “Bayer” rəhbərliyi “Barselona”nın maraq dairəsində olan Patrikin keçidindən qazanc əldə etmək fikrindədir.

Qeyd edək ki, Şik cari mövsüm 31 oyunda 24 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

NBA tarixində 5-ci

Növbəti yazı

Günün kuponu – 17.05.2022