“Barselona” üçün 40 milyonluq hücumçu
“Atalanta”nın futbolçusu Ramus Heylund karyerasını İspaniyada davam etdirə bilər. 19 yaşlı hücumçu “Barselona”nın hədəfindədir.
İspaniya klubu onun üçün 40 milyon avro ödəmək istəyir. La Liqa təmsilçisi keçidi mümkün qədər tez reallaşdırmaq fikrindədir. Buna səbəb Ramusun İngiltərədən də təkliflər almasıdır.
Qeyd edək ki, Heylund 2022-ci ilin avqustunda İtaliya klubuna keçib. O, 2023-cü ilin ilk 4 oyununda qol vurub.