Ellardays Premyer Liqaya qayıdır
“Everton” baş məşqçi postuna Sem Ellardaysı gətirə bilər. Onun mövsümün sonuna qədər bu postu tutacağı gözlənilir.
Marselo Byelsa ilə danışıqlar aparan klub rəhbərliyi müvəqqəti olaraq Ellardaysa güvənmək niyyətindədir. Frank Lempardın istefasından sonra boş qalan postu tutmalı olan mütəxəssisin qarşısına komandanı Premyer Liqada saxlamaq vəzifəsi qoyulacaq.
Qeyd edək ki, “Everton” hazırda 19-cu pillədə qərarlaşıb.