“Barselona” daha bir problemlə üz-üzə

“Barselona” daha bir problemlə üz-üzə

“Barselona” Çempionlar Liqasında qrupdan çıxa bilməsə, növbəti dəfə ciddi maliyyə itkisi ilə üzləşəcək. İspaniya klubu pley-off mərhələsinə adlamasa, 21 milyon avroluq qazancdan məhrum qalacaq.

Kataloniyalıların direktorlar şurasının ötən həftə büdcə planlamasında komandanın minimum 1/4 finala qədər irəliləməsi və bu sayədə 21 milyon avroluq gəlir əldə etməsi nəzərdə tutulmuşdu. Hətta İspaniya La Liqasında və Avropa Liqasında veriləcək pul mükafatları da bu büdcə kəsirini doldurmağa kömək edə bilməyəcək.

Qeyd edək ki, 4 turdan sonra “Barselona” 4 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb və ikinci yerin sahibi olan “İnter”dən 3 xal geri qalır.

ETOPAZ

Əvvəlki yazı

Kampazzo “Maveriks”də

Növbəti yazı

Liqa 1-də istefa