“Barselona” “Boka Xuniors”la qarşılaşacaq

“Barselona” “Boka Xuniors”la qarşılaşacaq

Futbol əfsanəsi Dieqo Maradonanın xatirəsinə həsr olunan oyun keçiriləcək. Yoxlama görüşündə “Barselona” və “Boka Xuniors” üz-üzə gələcək. Bu qarşılaşma dekabrın 14-də təşkil olunacaq.

İspaniya və Argentina klubları arasında matç Ər-Riyadda baş tutacaq. Ötən ilin noyabrında vəfat edən Maradona hər iki klubun heyətində çıxış edib.

Argentinalı ulduz 1981-82 və 1995-97-ci illərdə vətənində “Boka Xuniors”un şərəfini qoruyub. O, 1982-84-cü illərdə “Barselona”nın formasını geyinib.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”ın ilk məğlubiyyəti

Növbəti yazı

Günün kuponu – 26.10.2021