Bədavi Hüseynov: “Komandada bütün futbolçuların keyfiyyəti yüksəkdir”

Bədavi Hüseynov: “Komandada bütün futbolçuların keyfiyyəti yüksəkdir”

Sabah Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək. “Qarabağ” “Bayer”lə qarşılaşacaq.

Matçdan öncə ağdamlıların futbolçusu Bədavi Hüseynov mətbuat konfransında iştirak edib. Sizi müdafiəçinin fikirləri ilə tanış edirik:

“Sabah qarşılaşacağımız rəqib Avropanın ən güclü komandalarından biridir. Son 2 oyunu nəzərə alsaq, sabah daha çox güc sərf etməliyik. Psixoloji baxımdan gərgin deyilik. Çünki biz “Bayer”ə qarşı 2 matç keçirmişik. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun nümayiş etdirək. Klubunuzla bağlı çəkilən yeni filmi çox bəyəndim. Bizə böyük motivasiya verdi. Filmdə əziyyətlərimiz nümayiş etdirilib. Hər kəs bilməlidir ki, “Qarabağ” adi klub deyil. Bu film bütün Avropada nümayiş olunmalıdır ki, komanda hansı əziyyətli yollardan keçib. ⁠Mənə elə gəlir ki, bizim komandada bütün futbolçuların keyfiyyəti yüksəkdir. Bir olmayanda, digəri layiqincə əvəzləyə bilir. Sözsüz ki, Elvin Cəfərquliyevlə Julio Romaonun olmaması təsir edəcək. Çünki həmin futbolçular böyük təcrübə yığıblar. Anlaşma baxımdan da yaxşı idi. Amma meydana kim çıxsa bacardığını maksimum ortaya qoyacaq”.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 07.03.2024

Növbəti yazı

Kurtua məşqləri bərpa edir