Sürpriz kupon – 07.03.2024

Sürpriz kupon – 07.03.2024

“Qarabağ” – “Bayer Leverkuzen” QOL/QOL

Bukmekerlər bu qarşılaşmada “Bayer Leverkuzen”i aşkar favorit hesab edir. Bu bəlkə də, “Qarabağ”ın xeyrinədir. Ağdamlıların hücum potensialına güvənərək güclü rəqibə ən azı 1 qol vuracağına demək olar ki, şübhə etmirəm.

“Ayaks” – “Aston Villa” Cüt Şans 1X

“Ayaks” bu il evdə uduzmayıb. Ölkə kuboku ilə vidalaşan, çempionatda isə işləri yaxşı getməyən amsterdamlıların yeganə ümidi avrokuboklardır. Bu matçda “Aston Villa” favorit sayılsa da, meydan sahiblərinin məğlub olmayacaqlarına mərc edə bilərik.

“Sparta Praqa” – “Liverpul” 2

“Qalatasaray” üzərində 4:1 hesablı qələbə nə qədər möhtəşəm olsa da, bu rəqiblər arasında çox ciddi səviyyə fərqi var. “Liverpul” “Mançester Siti” ilə oyun öncəsi gücünü qorumaq istəsə belə, ən azı 1 top fərqi ilə qalib gələcək potensialdadır.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 07.03.2024

Növbəti yazı

Bədavi Hüseynov: “Komandada bütün futbolçuların keyfiyyəti yüksəkdir”