Azərbaycan millisinə 24 futbolçu çağırıldı

Azərbaycan millisinə 24 futbolçu çağırıldı

Azərbaycan milli komandasının heyəti açıqlanıb. Yığmanın italiyalı baş məşqçisi Canni de Byazi noyabrda keçiriləcək oyunlar üçün heyəti müəyyənləşdirib. Millimiz DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Bakıda Lüksemburqla, üç gün sonra yoldaşlıq oyununda Qətərlə qarşılaşacaq. İtaliyalı mütəxəssis heyətə 24 oyunçu daxil edib.

Qapıçılar: Mehdi Cənnətov (“Zirə”), Emil Balayev (“Qarabağ”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”);

Müdafiəçilər: Maksim Medvedev (“Qarabağ”), Bəhlul Mustafazadə (“Qarabağ”), Azər Salahlı (“Keşlə”), Mert Çelik (“Neftçi”), Höccət Haqqverdi (“Sumqayıt”), Bəxtiyar Həsənalızadə (“Sabah”), Tellur Mütəllimov (“Sumqayıt”), Anton Krivotsyuk (“Visla” Plotsk, Polşa), Amin Seydiyev (“Sabah”), Cəlal Hüseynov (“Zirə”);

Yarımmüdafiəçilər: Qara Qarayev (“Qarabağ”), Çoşqun Diniyev (“Zirə”), Filip Ozobiç (“Sumqayıt”), Vüqar Mustafayev (“Sumqayıt”), Emin Mahmudov (“Neftçi”);

Hücumçular: Rüstəm Əhmədzadə (“Minay”, Ukrayna), Namik Ələskərov (“Bursaspor”, Türkiyə), Renat Dadaşov (“Tondela”, Portuqaliya), Ramil Şeydayev (“Qarabağ”), Mahir Emreli (“Legiya”, Polşa), Araz Abdullayev (“Etnikos”, Kipr).

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 07.11.2021

Növbəti yazı

Neymardan 400-cü qol