Avstraliya 16 ildən sonra

Avstraliya 16 ildən sonra

Avstraliya yığmasının 16 illik həsrəti başa çatıb. “Yaşıl qitə” təmsilçisi tarixində ikinci dəfə dünya çempionatının pley-offuna vəsiqə qazanıb.

Qrem Arnoldun yetirmələri DÇ-2022-nin D qrupunda Fransanın ardından ikinci pilləni tutaraq 6 xalla 1/8 finala yüksəlib. Avstraliya 2006-cı ildə Almaniyada keçirilən mundialda ilk dəfə belə uğurla yadda qalmışdı.

Qətərdə keçirilən turnirin ilk turunda son dünya çempionu Fransaya 1:4 uduzan avstraliyalılar növbəti oyunlarda Tunis və Danimarka millilərini minimal hesabla üstələyib. Bununla, onlar ilk dəfə dünya çempionatında ardıcıl 2 qələbə qazanıblar.

ETOPAZ

Əvvəlki yazı

Avstraliyadan qələbə, Fransa məğlub oldu

Növbəti yazı

Argentina və Meksikadan qələbə