Avstraliyadan qələbə, Fransa məğlub oldu

Avstraliyadan qələbə, Fransa məğlub oldu

Dünya çempionatında qrup mərhələsinin 3-cü oyunları keçirilir. Artıq D qrupunda da mübarizə başa çatıb.

Danimarka Avstraliya ilə qarşılaşıb. İlk hissə komandaların qarşılıqlı hücumları ilə keçib. Hesab isə ikinci yarıda açılıb. Metyu Leki avstraliyalılara qələbə qazandıran qolu vurub – 1:0.

Fransa isə Tunislə üz-üzə gəlib. Qrup birinciliyini təmin edən avropalılar bu matçda əsas heyət üzvlərinə istirahət verib. Afrikalılar bu fürsətdən maksimum istifadə etməyi bacarıb. 58-ci dəqiqədə Vahbi Xəzrinin vurduğu qol Tunisə 3 xal qazandırıb – 1:0.

ETOPAZ

Əvvəlki yazı

İran millisinin baş məşqçisi istefa verdi

Növbəti yazı

Avstraliya 16 ildən sonra