Argentina və Meksikadan qələbə

Argentina və Meksikadan qələbə

Dünya çempionatının qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir. Argentina Polşa, Meksika Səudiyyə Ərəbistanı ilə qarşılaşıb.

Cənubi amerikalılar görüşə üstün başlayıb. Komandanın çoxsaylı epizodlarına baxmayaraq ilk hissədə hesab açılmayıb. Lakin Argentina ikinci yarıda istəyinə çatıb. 47-ci dəqiqədə Aleksis Makallister fərqlənib – 1:0. 20 dəqiqə sonra Yulian Alvarez oyunda yekun nəticəni müəyyənləşdirib – 2:0.

Digər matçda isə Meksika futbolçuları üstün oynayıb. İkinci hissənin əvvəllərində Henri Martin hesabı açıb – 1:0. Çox keçməmiş orta amerikalılar Luis Çavezlə ikinci qolu vurmağı bacarıb. Asiyalılar gücü yalnızca təsəlli qoluna çatıb. Səlim Əl Dəvsəri oyuna artırılan 6-cı dəqiqədə hesab arasındakı fərqi azaldıb – 1:2.

ETOPAZ

Əvvəlki yazı

Avstraliya 16 ildən sonra

Növbəti yazı

Günün şansı – 02.12.2022