Avropa çempionatında unikal hadisə

Avropa çempionatında unikal hadisə

Avropa çempionatları tarixində görünməmiş hadisə baş verib. Bu, AVRO-2024-ün Almaniya – Şotlandiya qarşılaşmasında (5:1) yaşanıb.

Bundestimin 37 yaşlı baş məşqçisi Yulian Naqelsman 38 yaşlı qapıçı Manuel Noyeri meydana buraxıb. Yarışın 64 illik tarixində ilk dəfə final mərhələsində meydana çıxan futbolçu öz baş məşqçisindən yaşca böyük olub. Bunadək belə hadisə yaşanmayıb.

Qeyd edək ki, bu matçda Almaniya 5:1 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 16.06.2024

Növbəti yazı

Adil Nağıyev “Şamaxı”da