Günün kuponu – 24.06.2024
Xorvatiya – İtaliya – cüt şans x2
AVRO-2024-də 1\8 finala çıxmaq üçün İtaliyaya son qrup matçında 1 xal da kifayıt edir. Xorvatlara isə mütləq qələbə lazımdır. İtaliya millisinin bu görüşdə uduzmayacağını düşünürəm.
Braziliya – Kosta Rika – hər iki komanda qol vuracaq\yox
Copa Amerikanın iki əsas favoritindən biri olan Braziliya millisi yarışda mübarizəyə başlayır. Kosta Rika ilə matçda sözsüz ki, “sambaçılar” favoritdir. Məncə, Braziliya qol buraxmadan qələbə qazanacaq.
Kolumbiya – Paraqvay – 1
Sonuncu dəfə 2022-ci fevralında Argentinaya uduzan Kolumbiya millisi 2 ildən çoxdur məğlubiyyət tanımır. Komandanın məğlubiyyətsiz oyunlar seriyası 23 matça çatıb. Ayrıca Paraqvay yığması aralarındakı son 5 görüşdə Kolumbiyaya qalib gələ bilməyib. Fikrimcə, kolumbiyalılar Copa Amerikaya qələbə ilə start verəcək.