Portuqaliya 1/8 finalda
AVRO-2024-də 2-ci tur davam edir. Bu gün F qrupunun daha bir matçı keçirilib.
Portuqaliya Türkiyə ilə qarşılaşıb. Görüş portuqalların üstünlüyü ilə keçib. Oyunda hesabı Bernardo Silva açıb. Çox keçmədən Samet Akaydın avtoqol müəllifi olub. Matçda son nöqtəni isə Bruno Fernandeş qoyub – 3:0.
Portuqaliya millisi bununla da, 1/8 finala vəsiqəni təmin edib.