“Şamaxı”da yeni futbolçu
“Şamaxı” heyətini daha bir legioner futbolçu ilə gücləndirib. Klubun mətbuat xidməti bu barədə məlumat yayıb.
Şamaxı, təmsilçisi gürcüstanlı yarımmüdafiəçi Georgi Kantariya ilə müqavilə imzalayıb. Tərəflər arasında razılaşma 1 illik nəzərdə tutulub.
Kantariya əvvəl Azərbaycanda çıxış edib. 27 yaşlı futbolçu 2022/2023 mövsümündə “Kəpəz”in formasını geyinib. Georginin çıxış etdiyi son klub “Nejmeh” (Livan) olub.