Polşa 3-cü oldu
Polşa AVRO-2024-də mübarizəni dayandırıb. Komanda 2 oyundan sonra bütün şanslarını itirib.
Polyaklar Ukrayna və Şimali Makedoniyanın uğursuzluğunu təkrar ediblər. AVRO-2024-də keçirdiyi hər 2 oyunda uduzan polşalılar son tutrun nəticəsindən asılı olmayaraq qrupda sonuncu yeri tutacaqlar. Ukrayna komandası AVRO-2016, Şimali Makedoniya isə AVRO-2020-də qrup mərhələsində 3 görüşünü də məğlubiyyətlə başa vurub.