Almaniyadan böyükhesablı qələbə

Almaniyadan böyükhesablı qələbə

AVRO-2024-ün final mərhələsinə start verilib. Açılış matçında A qrupunun matçı keçirilib.

Almaniya Şotlandiya ilə qarşılaşıb. Hesab erkən açılıb. Florian Virtz fərqlənib. Çox keçmədən Camal Musiala adını tabloya yazdırıb. Meydan sahibləri ilk hissənin sonuna qədər daha bir dəfə qol vurmağş bacarıb. Kay Havertz penaltini dəqiq yerinə yetirib.

İkinci yarı da eyni ssenari ilə başlayıb. Niklas Füllkruq fərqlənib. Oyunun sonlarında daha 2 qol vurulub. Öncə Antonio Rüdiger avtoqol müəllifi olubsa, ardından Emre Can matçda son nöqtəni qoyub – 5:1.

ETOPAZ

Əvvəlki yazı

“Sabah”da ayrılıq

Növbəti yazı

Macarıstan İsveçrəyə qarşı