Alman məşqçi ilə yeni müqavilə

Alman məşqçi ilə yeni müqavilə

“Benfika” baş məşqçisi Roqer Şmidtlə müqaviləni uzadıb. Bunu Portuqaliya klubunun mətbuat xidməti açıqlayıb.

56 yaşlı almaniyalı ilə yeni anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Mütəxəssis 2022-ci ilin mayında Lissabon klubu ilə 2 illik sözləşmə imzalamışdı.

“Benfika” onun rəhbərliyi altında Çempionlar Liqasının 1/4 finalına adlayıb. Çempionatda isə 25 turdan sonra lider olan paytaxt klubu “Porto”nu 10 xal qabaqlayır.

ETOPAZ

Əvvəlki yazı

Osimhen “Milan”a qarşı oynamayacaq

Növbəti yazı

“Barselona” seçimini etdi