AFFA rəsmisi Qazaxıstan – Rumıniya oyununda

AFFA rəsmisi Qazaxıstan – Rumıniya oyununda

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb. Bunu qurumun mətbuat xidməti açıqlayıb.

O, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin C liqasının 4-cü qrupu çərçivəsində keçiriləcək Qazaxıstan – Rumıniya oyununun UEFA nümayəndəsi olacaq.

İyulun 12-də Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi Stadionda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Yığmamızın rəqibləri bəlli oldu

Növbəti yazı

Günün kuponu – 09.07.2024