Günün kuponu – 09.07.2024
İspaniya – Fransa 2,5 ALT
Hücum potensialı yüksək bir heyətə sahib olmasına baxmayaraq Fransa millisi Avro 2024-də praqmatik futbol göstərir. Turnirdə bütün oyunları da 2,5 Alt bitib. Məncə, yarımfinalda da fransızlar ciddi riskə getməyəcək. Xüsusən rəqib İspaniya kimi təhlükəli, çox qol vurmağı sevən komandadırsa.
Argentina – Kanada 1
Messinin komandası Kopa Amerikanın 1/4 finalında Ekvadoru yalnız penaltilər seriyasında məğlub edə bildi. Məncə, Argentina yığması bu dəfə taleyini şansa buraxmayacaq. Əsas vaxtda qalib gələrək finala vəsiqəni təmin edəcək.
Viktoriya Plzen – Qarabağ QOL/QOL
“Köhnə tanışlar” bu dəfə Avstriya toplanışında, yoxlama matçında üz-üzə gələcək. Yoxlama matçı olduğu üçün proqnoz vermək daha çətindir. Hər halda qarşılıqlı qollar gözləmək olar.