Adil Nağıyev “Şamaxı”da

Adil Nağıyev “Şamaxı”da

“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Klub daha bir futbolçunu rənglərinə bağlayıb.

Bunu “bənövşəyilər”in mətbuat xidməti açıqlayıb. Premyer Liqaya qayıdan bölgə təmsilçisi müdafiəçi Adil Nağıyevi heyətinə qatıb. Onunla bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nağıyev son mövsümü “Səbail”də keçirib.

ETOPAZ

Əvvəlki yazı

Avropa çempionatında unikal hadisə

Növbəti yazı

İsveçrə 3 xalı 3 qolla qazandı