Premyer Liqada yeni mövsümün vaxtı açıqlandı

Premyer Liqada yeni mövsümün vaxtı açıqlandı

İngiltərə Premyer Liqasında yeni mövsümün keçirilmə vaxtı dəqiqləşib. Bunu qurumun mətbuat xidməti açıqlayıb.

2022/23 mövsümü 2022-ci ilin avqustun 6-da başlayacaq. Noyabrın 13-dək 16 tur keçiriləcək.

Noyabrın 14-dən dekabrın 26-dək DÇ-2022 ilə bağlı fasilə yaranacaq. Mövsümə 2023-cü il mayın 28-də yekun vurulacaq.

Qeyd edək ki, Qətərdəki DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Alkaras 17 ilin rekorduna imza atdı

Növbəti yazı

Günün kuponu – 12.11.2021