Alkaras 17 ilin rekorduna imza atdı
Dünyanın 32-ci raketkası Karlos Alkaras mövsümdə 30-cu qələbəsini qazanıb. O, ATP-nin gənclərin yekun turnirində Xuan Manuel Serundoloya qalib gəlib – 4:0, 4:1, 2:4, 4:3.
Qrupda üç qələbə qazanaraq yarımfinala yüksələn ispaniyalı 2021-ci ildə 47 matça çıxıb. 30 qələbə qazanan Karlos 17 dəfə uduzub.
18 yaşlı istedad son 17 ildə 30 qələbə qazanan ən gənc tennisçidir. Sonuncu dəfə belə göstəriciyə Rafael Nadal imza atıb. O, 2004-cü ildə 30 qələbə və 17 məğlubiyyətlə üzləşib. Rafael 30-cu qələbəsini qazananda Karlosdan 6 gün kiçik olub.