Brendan Rocersin “Mançester Siti” arzusu

Brendan Rocersin “Mançester Siti” arzusu

İngiltərənin “Lester” klubunun baş məşqçisi Brendan Rocers “Nyukasl”ı çalışdırmaqda maraqlı deyil. Klubun yeni sahibləri onu baş məşqçi postuna gətirmək istəsə də, 48 yaşlı mütəxəssis istənilən təklifə rədd edəcək.

Buna səbəb Rocersin daha iddialı klubda işləmək arzusudur. O, 2023-cü ilin yayında “Mançester Siti”də Pep Qvardiolanı əvəzləmək niyyətindədir. Mütəxəssis həmin vaxta qədər “Lester”də qalmağı planlaşdırır.

Xatırladaq ki, Qvardiola 2022/23 mövsümündən sonra “Mançester Siti”dən ayrılacaq.

ETOPAZ

Əvvəlki yazı

“İnter”dən 3 illik anlaşma

Növbəti yazı

Tilsimi qıranlar