Tilsimi qıranlar

Tilsimi qıranlar

İndian-Uellsdə keçirilən “Masters” turniri üç tennisçi üçün əlamətdar olub. Kemeron Norri, Teylor Frits və Nikoloz Basilaşvili karyeralarında ilk dəfə “Masters”in 1/4 finalına yüksəlib.

Onlardan heç biri indiyədək 1/8 final səddini adlamamışdı. Tilsimi qıran tennisçilərdən Norri bir, Frits üç, Basilaşvili altı dəfə mübarizəni 1/8 finalda dayandırıb.

Yarışı davam etdirən digər 5 tennisçi final həyəcanı da yaşayıb. Qriqor Dimitrov, Hubert Hurkaç və Stefanos Tsitsipas hərəyə bir, Aleksandr Zverev beş dəfə “Masters”in çempionudur. Dieqo Şvartsman isə Romada final oynayıb.

ETOPAZ

Əvvəlki yazı

Brendan Rocersin “Mançester Siti” arzusu

Növbəti yazı

Poçettino Çempionlar Liqasının favoritini açıqladı