“Liverpul”dan yeni rekord

“Liverpul”dan yeni rekord

“Liverpul”un baş məşqçisi Arne Slot klub tarixinin rekorduna imza atıb. İngiltərə klubu onun rəhbərliyi altında keçirdiyi ilk 9 oyunda 8 qələbə qazanıb.

Mersisaydlılar Çempionlar Liqasının II turunda “Bolonya”nı iki cavabsız qolla məğlub ediblər. Premyer Liqada 6 matçda 5 dəfə qalib gələn Slotun komandası Çempionlar Liqasında 2, Liqa kubokunda 1 görüşdə rəqibini məğlub edib. Bununla da 45 yaşlı çalışdırıcı “Liverpul” tarixində heç bir baş məşqçinin nail olmadığı göstəriciyə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Günün kuponu – 04.10.2024

Növbəti yazı

Sürpriz kupon – 04.10.2024