Günün kuponu – 04.10.2024
Kəpəz – Neftçi 2
Bir zamanlar bu afişa Azərbaycanın ən güclü və titullu 2 futbol klubunun qarşılaşmasından xəbər verərdi. Amma indi Premyer Liqada ilk 8 turda qələbə qazana bilməyən autsayderlər üz-üzə gələcək. Ölkədə “Qarabağ”dan sonra ən böyük oyunçu büdcəsinə malik ikinci komanda olan “Neftçi” 8 oyunun hamısını uduzan “Kəpəz”i məğlub etməyə borcludu.
Vesterlo – Bersxot 1
Belçika Pro Liqasında turun açılış matçında “Vesterlo” autsayder “Bersxot”u qəbul edəcək. Qonaqların vəziyyəti o qədər acınacaqlıdı ki, “Kəpəz” kimi onların da az qala indidən aşağı liqaya yuvarlanacağını proqnozlaşdırmaq olar. Ardıcıl 8 tur uduzan “Bersxot”un uğursuz seriyasının bu səfər matçında da davam edəcəyini düşünürəm.
Marsel – Anje 1
Ötən tur gözlənilmədən səfərdə “Strasburq”a uduzan “Marsel” bu məğlubiyyətin əvəzini “Velodrom”da “Anje”dən artıqlaması ilə çıxmağa çalışacaq. İlk 6 turda bir dəfə də olsun qələbə qazana bilməyən qonaqlar turnir cədvəlinin son pilləsində qərarlaşıb.
Liqa 1-in autsayderi güclü rəqiblə səfər qarşılaşmasında xal qazana bilsə, əsl möcüzə olar.