Sürpriz kupon – 04.10.2024
Kəpəz – Neftçi Fora: Neftçi -1
Mövsümə çox uğursuz start verən “Neftçi” Tovuzda Premyer Liqanın ən zəif komandası ilə üzbəüz gələcək. Nominal qonaqlar matçın favoritidi. “Ağ qaralar”ın fərqli qələbə qazanmaq ehtimalı yüksəkdi.
İstra – Osiyek 2
“İstra” 3 oyundur qələbə üzünə həsrətdi. “Osiyek” isə 4 oyunluq qələbə seriyasina malikdi. Daha güclü qonaqların bu seriyaya davam edəcəyini proqnozlaşdırıram.
Verona – Venesiya 1
Veneto bölgəsi təmsilçilərindən mövsümün əvvəllində o qədər də böyük gözlənti yox idi. Bu mənada “Verona”nın ilk turda “Napoli”ni 3:0 hesabı ilə darmadağın etməsi əsl sürpriz oldu. Amma komanda bundan sonra keçirdiyi 5 oyunda cəmi bir qələbə qazandı, 4 oyunda isə uduzdu. Venesiyalıların durumu qonşularından da pisdi – 6 oyunda cəmi 1 qələbə və 1 heç-heçə. Daha yaxşı təsir bağışlayan meydan sahiblərinin bu qarşılaşmada qələbəsinə mərc edirəm.