Günün kuponu – 30.08.2024

Günün kuponu – 30.08.2024

İnter – Atalanta QOL/QOL

İtaliya A seriyasında turun mərkəzi oyunu məhz bu komandalar arasında keçiriləcək. Bu görüşdə İnter favorit olsa da Atalanta sürprizə qadirdir. Hər iki komandanın hücum potensialı önə plana çıxır. Zənnimcə bu görüşdə həm İnter, həm də Atalanta qol vura biləcək. Odur ki, qol/qol seçimi ən uyğun seçimdir.

Fənərbağça – Alanyaspor 2,5 ÜST

Ötən tur 5-0 hesablı qələbəyə sevinən Fənərbağça hücum gücünü göstərə bildi. Alanyaspor da bu mövsüm meydanı qol vurmadan tərk etməyib. Məncə Fənərbağça bu görüşdə asan qələbə qazanacaq. Amma qonaqlar da meydanı qol vurmadan tərk etməyəcək. Odur ki, bizi bol qollu qarşılaşma gözləyir.

Lion – Strasburq 1

İlk iki turda məğlub olan Lionun heyəti bu nəticələrə layiq deyil. Qara zolaqdan çıxmaq üçün Strasburqla qarşılaşma onlar üçün fürsətdir. Fikrimcə Lion bu fürsəti boşa verməyəcək və qələbə qazanacaq.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Mukoko Fransa klubunda

Növbəti yazı

Sürpriz kupon – 30.08.2024