Sürpriz kupon – 30.08.2024
Yunion Berlin – St. Pauli 3,5 ÜST
Süpriz axtarışında olanlar üçün uyğun seçim ola bilər. Almaniyada bundesliqanın cümə matçları bol qollu keçir. Həm berlinlilərin, həm də St. Paulinin açıq futbol oynadığını nəzərə alsaq, bu görüş istisna olmayacaq. Ən azı 4 qolun vurulacağı sürprizini gözləməyə dəyər.
Venetsiya – Torino X
Venetsiya mövsümə pis başlayıb. Meydan sahiblərinin risk etməyəcəyini ehtimal edirəm. Ötən tur “evdə” Atalantanı məğlub edən Torino səfərdə yaxşı təsir bağışlamır. Məncə turinlilərin də əsas tapşırığı qol buraxmamaq olacaq. Odur ki, bu görüşün heç-heçə başa çatacağı qənaətindəyəm.
İnter – Atalanta 1-ci hissə qol cəmi 1,5 ÜST
Digər kuponda da qeyd etdiyim kimi, bu görüşdə hər iki komandanın hücum potensialı diqqəti cəlib edir. Məncə bu görüşdə artıq ilk hissədən biz bunu müşahidə edəcəyik. Hətta ilk 45 dəqiqə ərzində ən azı 2 qol vurula bilər. Sürpriz kupon olduğunu nəzərə alaraq risk etməyə dəyər.