Günün kuponu – 07.06.2024

Günün kuponu – 07.06.2024

Almaniya – Yunanıstan 1

Almanlar bir həftə sonra öz evlərində başlanacaq Avropa çempionatına hazırlaşır. Yoldaşlıq oyunu olduğundan heyətdə müəyyən eksperimentlər ola bilər. Bununla belə, əla oyunçulara malik “bundestim” istənilən heyətlə Yunanıstana qalib gəlmək gücündədir.

Albaniya – Azərbaycan 2,5 Alt

AVRO 2024-ə hazırlaşan Albaniyanın sınaq oyunu üçün rəqib kimi bizim milli komandanı seçməsi bir qədər təəccüb doğurur. Hər halda Albaniyanı AVRO 2024-də Azərbaycan səviyyəsində rəqiblər gözləmir. Macarıstanda keçiriləcək bu yoldaşlıq matçına yığmamızı Arif Əsədov çıxaracaq. Bu məşqçinin adətən ehtiyatlı oyuna üstünlük verdiyini nəzərə alsaq, 2,5 Alt variantı real görünür. Albaniyaya qarşı indiyədək oynadığımız 4 matçdan 3-ü də məhz 2,5 Altla yekunlaşıb.

İngiltərə – İslandiya 2,5 Üst

Avropa çempionluğunu qazanmağa əsas namizədlərdən olan İngiltərə 3 gün əvvəl Bosniya ilə yoldaşlıq matçında hücum potensialının səviyyəsini bir daha nümayiş etdirdi: son yarım saatda 3 qol! İslandiya ilə görüşdə şimallıların da qol vurmaq ehtimalını nəzərə alıb 2,5 Üst variantına mərc edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

De Bruyne “100”ə çatdı

Növbəti yazı

Sürpriz kupon – 07.06.2024