Sürpriz kupon – 07.06.2024
Zimbabve – Lesoto Qol/Qol
Bu tip Afrika komandalarının bol qollu oyunlarına nadir hallarda rast gəlinir. Amma hər iki komandanın Dünya çempionatı 2026-nın seçmə mərhələsində hələ qələbə qazanmadığını nəzərə alaraq, açıq futbol olacağını düşünürəm.
Almaniya – Yunanıstan Qol/Qol
Almanların Yunanıstanla son 2 dueli müxtəlif dövrlərə təsadüf edib, hər iki matçda da 4:2 hesabı qeydə alınıb. İllər keçsə də, Almaniya millisinin sanki “qol buraxmadan zövq alırmış kimi” şakəri dəyişməz olaraq qalır. Almanlar matçı qazana bilər, lakin məncə, Yunanıstan millisi azı 1 qol vuracaq.
Polşa – Ukrayna Qol/Qol
Qonşu və qardaş sayılan ölkələrin hər ikisi AVRO 2024-ə hazırlaşır. Ukrayna millisi müharibə səbəbindən son illərdə ev oyunlarını Polşada keçirdiyindən sanki öz evində oynayacaq. Bu matçda heç-heçə ehtimalı da az deyil. Amma qarşılıqlı qollar daha etibarlı variantdır məncə.