Azərbaycan mövqeyini qorudu

Azərbaycan mövqeyini qorudu

Avrokubokların qrup mərhələsinin 2-ci turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb. Avropa Liqasının “Hakken”lə İsveçdəki oyununda 1:0 hesabı ilə qalib gələn “Qarabağ” Azərbaycanın aktivini zənginləşdirib.

Bu qələbə ölkəmizin hesabına daha 0,500 xal gətirib. Əldə olunan yarım xalla cari mövsümün ümumi qazancı 3,625-ə çatıb. Azərbaycan son 5 mövsümdə ümumilikdə 17,875 xal toplayıb. Ölkəmiz siyahıda 29-cu pillədə qalıb. Azərbaycan siyahıdakı qonşuları Slovakiya və Bolqarıstandan yarım xal geri qalır.

Qeyd edək ki, reytinq cədvəlinə İngiltərə başçılıq edir. 
 

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti” Haalandı komandada saxlayacaq

Növbəti yazı

“Beşiktaş”da istefa