“Beşiktaş”da istefa

“Beşiktaş”da istefa

“Beşiktaş”da ayrılıq yaşanıb. Klub baş məşqçi Şenol Günəşlə yollarını ayırıb.

Bunu “qartallar”ın mətbuat xidməti açıqlayıb. Konfrans Liqasının “Luqano” ilə matçından sonra klub prezidenti Ahmet Nur Çebi ilə görüşən 71 yaşlı mütəxəssis istefa verib. Klub prezidenti isə növbədənkənar ümumi yığıncaq keçirilməsi barədə qərar qəbul edib.

Buna səbəb “Beşiktaş”ın uğursuz çıxışıdır. Evdə “Luqano”ya 2:3 hesabı ilə uduzan İstanbul klubu iki top fərqi ilə öndə olsa da, baş məşqçinin əvəzetmələrindən sonra üç top buraxıb.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan mövqeyini qorudu

Növbəti yazı

Mourinyo qərarını verdi