Murad Musayev: “Meydanda maksimumumuzu qoymağa çalışacağıq”

Murad Musayev: “Meydanda maksimumumuzu qoymağa çalışacağıq”

Sabah Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. “Sabah” “Partizan”la qarşılaşacaq.

Matçdan öncə “bayquşlar”ın çalışdırıcısı Murad Musayevin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Sabah çox çətin və maraqlı oyun olacaq. Meydanda maksimumumuzu qoymağa çalışacağıq. Çünki, bu cür matçlar üçün ailələrimizdən, dostlarımızdan uzaq qalırıq. İnanıram ki, stadionda çoxlu azarkeş olacaq. Əlimizdən gələn nə varsa, edəcəyik. Qoy, güclü qalib gəlsin”.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Hamımız ciddi formada qarşılaşmaya hazırlaşırıq”

Növbəti yazı

Şenol Günəş: “Qardaş ölkə olsaq da, qələbə qazanmaq üçün meydana çıxacağıq”