Qurban Qurbanov: “Hamımız ciddi formada qarşılaşmaya hazırlaşırıq”
Sabah Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. “Qarabağ” HİK-lə qarşılaşacaq.
Matçdan öncə ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
“Bilirik ki, bizim üçün çox önəmli oyundur. Futbolçuların vəziyyəti yaxşıdır. Hamımız ciddi formada qarşılaşmaya hazırlaşırıq. Çalışacağıq ki, sabah meydanda ən yaxşısını edək. Bu komandanın təhlükəli və sürətli oyunçuları var. İndi rəqibin güclü, yaxud zəif tərəflərini desəm, düzgün çıxmaz. Amma çox yaxşı müdafiə olunurlar”.