“Barselona”nın gözü Argentina yığmasının hücumçusunda

“Barselona”nın gözü Argentina yığmasının hücumçusunda

“Mançester Siti”nin futbolçusu Xulian Alvares karyerasını İspaniyada davam etdirə bilər. Argentina yığmasının hücumçusu “Barselona”nın hədəfindədir.

La Liqa təmsilçisi forvardı icarəyə götürmək istəyir. Klub rəhbərliyi bunun üçün İngiltərə təmsilçisi ilə danışıqlara başlayıb.

Əsas heyətə düşməkdə çətinlik çəkən argentinalı da klubu tərk etmək arzusundadır. Onun xidmətində “İnter” də maraqlıdır.

Alvaresin müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. O, cari mövsümün 30 oyununda 10 qol və 8 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Kvaratsxeliyaya dörd müştəri

Növbəti yazı

100-cü tripl-dabl