100-cü tripl-dabl
“Denver”in basketbolçusu Nikola Yokiç karyerasında 100-cü tripl-dabla izma atıb. O, NBA tarixinə bunu bacaran 6-cı basketbolçu kimi düşüb.
Serbiyalı oyunçu “Hyuston”la qarşılaşmada (133:112) bu göstəriciyə çatıb. O, bu görüşdə 14 xal, 11 ribaund və 11 ötürmə müəllifi olub.
Bu, Yokiçin son 20 matçda 15-ci tripl-dablıdır. Cari mövsümdə buna 24 dəfə nail olan basketbolçu liderdir.