Konfrans Liqasında 1/8 finalın püşkü atılacaq

Konfrans Liqasında 1/8 finalın püşkü atılacaq

Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən 16 komanda 8 cüt təşkil edəcək. Püşkatmada qrup qalibləri səpələnmiş, pley-offdan gələnlər səpələnməmişlər səbətində olacaq.

1/8 finalın ilk matçları martın 9-da keçiriləcək. Cavab oyunları ayın 16-da baş tutacaq.

Səpələnmişlər: “Alkmaar”, “Yurqorden”, “Başakşəhər”, “Nitsa”, “Sivasspor”, “Slovan”, “Vest Hem”, “Vilyarreal”

Səpələnməmişlər: “Latsio”, “Şerif”, AEK, “Anderlext”, “Bazel”, “Lex”, “Fiorentina”, “Gent”

ETOPAZ

Əvvəlki yazı

Avropa Liqasında püşkü gözləyənlər

Növbəti yazı

5 ildən sonra