Avropa Liqasında püşkü gözləyənlər
Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən 16 komanda 8 cüt təşkil edəcək. Püşkatmada qrup qalibləri səpələnmiş, pley-offdan gələnlər səpələnməmişlər səbətində olacaq.
1/8 finalın ilk matçları martın 9-da keçiriləcək. Cavab oyunları ayın 16-da baş tutacaq.
Səpələnmişlər: “Arsenal”, “Betis”, “Fənərbaxça”, “Ferensvaroş”, “Feyenoord”, “Frayburq”, Real-Sosyedad”, “Sent-Jiloaz”
Səpələnməmişlər: “Yuventus”, “Sevilya”, “Sportinq”, “Bayer”, “Mançester Yunayted”, “Roma”, “Union”, “Şaxtyor”